Sənəd qəbulu mərhələsində səhvə yol vermiş namizədlərə ərizələrində dəyişiklik etmək imkanı yaradılacaq

18:21 26.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində səhvə yol vermiş və elektron ərizəsini təsdiq etmiş namizədlərin müraciətləri nəzərə alınaraq elektron ərizələrində dəyişiklik etmək imkanı yaradılacaq.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, Elektron ərizəsinə məlumatları daxil edərkən səhvə yol vermiş namizədlər məlumatları aşağıdakı şəkildə İnsan resursları mərkəzinin rəsmi facebook səhifəsinin mesaj bölməsinə göndərməlidirlər:

1. Ad, soyad, ata adı
2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
3. Fin kod
4. Əlaqə nömrəsi
5. Yol verilən səhvin qısa məzmunu

Müraciət üçün son tarix: 28 iyul saat 23:59.

Sosial rubrikasından digər xəbərlər