Sentyabrda Gömrük Komitəsi büdcəyə 309,9 milyon manat köçürüb 

13:38 09.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin sentyabrında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 309 milyon 934,6 min manat olub.

Komitədən hafta.az-a bildirilib ki, ötən ay gömrük rüsumları üzrə büdcə daxilolmaları 93 milyon 331,1 min manat, əlavə dəyər vergisi üzrə 199 milyon 808,2 min manat, aksizlər üzrə 13 milyon 440,8 min manat, yol vergisi üzrə isə 3 milyon 354,5 min manat təşkil edib.

Xatırladaq ki, ötən ilin sentyabrında komitənin dövlət büdcəsinə daxilolmaları 376 milyon 759,3 min manat olub.