Artıq 31-ci ildir ki, Azərbaycan Respublikasının işğal altında qalan torpaqlarında qondarılmış separatçı-terrorçu erməni rejiminin hazırda Rusiya hərbi kontingentinin himayəsində bəslənən tör-töküntülərinin rəhbəri, Azərbaycan CM-nin 8 maddəsi ilə beynəlxalq axtarışda olan Araik Arutyunyan Xankəndində qanunsuz “hərbi şura”nın 2022-ci il tədbirlərinə həsr olunmuş müşavirəsində iştirak edib.
Hafta.az xəbər verir ki, bu haqda erməni nəşrləri məlumat yayıb.
Qanunsuz “müdafiə ordusu”nun baş komandanlığı qarşısında çıxış edən Araik işğalçı və terrorçu hərbçilərə məğlub erməni ordusunun günü münasibəti ilə təbriklərini çatdırıb.
“Biz qlobal çağırışların bizi daha etibarlı müdafiə təhlükəsizliyi sisteminə malik olmağa məcbur etdiyi çox çətin bir dövrdə yaşayırıq. Biz başa düşürük ki, Rusiya sülhməramlı qüvvələrinin hərəkətləri ilə paralel olaraq regionda uzunmüddətli sabitliyi təmin etmək üçün müdafiə resurslarımızı da təkmilləşdirməliyik. Əminəm ki, orduda başlanmış islahatlar birgə səylərlə uğurla başa çatacaq” –Araik Arutyunyan belə deyib.
Görüş zamanı separatçı başçı qanunsuz “müdafiə naziri”, qondarma “ordu” komandanı Kamo Vardanyana təntənəli şəkildə general-leytenant rütbəsini təqdim edib.