Serbiyada gənclər könüllü hərbi xidmətə çağırıb

10:59 03.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Serbiyanın Müdafiə Nazirliyi ölkədəki gəncləri könüllü hərbi xidmətə çağırıb.

 

Ölkədə 19-30 yaş arası gənclərin 6 ay müddətində könüllü olaraq hərbi xidmətə dəvət edildiyi açıqlanıb.

 

Bildirilib ki, könüllü hərbi xidmət keçmək istəyənlərə hərbi bölgəyə gediş-gəliş biletləri, xidmət müddəti ərzində tibbi sığortası ödəniləcək, aylıq 323 avro müavinət veriləcək.

 

Nazirlik həmçinin 6 aylıq könüllü hərbi xidmətini uğurla başa vuranlara Serbiya Ordusunda peşəkar xidmət etmək hüququ veriləcəyini açıqlayıb.

Oxunma sayı 186