Sərxoş sürücü piyadanı vurub öldürdü

10:00 16.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Şəmkir- Düyərli yolunun 8-ci kilometrliyində qeydə alınıb.

Rayonun Dəllər-Çırdaxan kənd sakini, 1965-ci il təvəllüdlü Həsənov Qara Abdulla oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ 2107" markalı 57 BK 322 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən Düyərli kənd sakini, 1967-ci il təvəllüdlü Rüstəmov Cəmaləddin Hidayət oğlunu vuraraq hadisə yerindən qaçıb.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi başlanıb.