Rəsmi Ər-Riyadın səyləri nəticəsində bu gün 10 nəfəri Səudiyyə Ərəbistanı vətəndaşı olmaqla, ümumilikdə 12 ölkədən 189 nəfər Sudandan təyyarə ilə Ciddəyə təxliyə edilib.

Hafta.az-ın yazdığına görə, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayaraq, "Əlahəzrət" adlı gəmi ilə həyata keçirilən təxliyədə ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Qətər, Suriya, Hollandiya, İraq, Türkiyə, Tanzaniya, Livan və Liviya vətəndaşlarının olduğunu bildirib. Vurğulanıb ki, bu insanların ölkələrinə getməsinə köməklik etməklə yanaşı, onların bütün əsas ehtiyacları ödəniləcək.

Sudandan təxliyə edilənlərin ümumi sayı Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Tunis, Pakistan, Hindistan, Bolqarıstan, Banqladeş, Filippin, Kanada və Burkina Faso da daxil olmaqla, təxminən 356 nəfərə (101 Səudiyyə vətəndaşı və 26 millətdən 255 nəfər) çatıb.

Eyni zamanda, Sudandan təxliyə edilən 29 Cənubi Koreya vətəndaşını daşıyan təxliyyə təyyarəsi Seulun Xartumdakı səfiri və bir sıra diplomatlarla birlikdə Ciddənin qərbində yerləşən Kral Abdullah hava bazasına gəlib.

Məlumata görə, Cənubi Koreya səfiri ölkəsinin prezident ofisi adından Kral Salman bin Əbdüləzizə və vəliəhd şahzadə Məhəmməd bin Salman bin Əbdüləzizə Səudiyyə hökumətinin Koreya vətəndaşlarının Sudandan təxliyəsiə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.
Bu arada, Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən Kral Faysal Dəniz Bazası da bu səhər Port Sudandan üçüncü dəniz evakuasiyasını qəbul edib. Məlumata görə, Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələrinin himayəsi altında gələn gəmidə 58 ölkədən 1687 nəfər var.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada, “Səudiyyə Ərəbistanı rəhbərliyinin göstərişlərinə uyğun olaraq, dost və qardaş ölkə vətəndaşlarının Sudandan Səudiyyə Ərəbistanına təxliyəsi prosesində bu gün səhər saatlarında Ciddə şəhərinə gələn Ərəbistan, eləcə də dost və qardaş ölkə vətəndaşlarının sayı 1674 nəfərə çatıb.
Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, təxliyə başlayandan bəri Sudandan təxliyə edilənlərin sayı 62 ölkədən 2148 nəfərə çatıb ki, onlardan 114-ü Səudiyyə Ərəbistanı vətəndaşıdır.