Səudiyyə Ərəbistanı Azərbaycanda külək elektrik stansiyası tikəcək, müqavilələr imzalandı

17:20 29.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Energetika Nazirliyi və ”Azərenerji” səhmdar cəmiyyəti ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında müqavilələr imzalanıb.

Hafta.az-ın məlumatına görə, tərəflər arasında gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsi, enerji alqı-satqı müqaviləsi və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilə imzalanıb.