Səudiyyə Ərəbistanın Kralı xəstəxanaya yerləşdirilib

13:45 20.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Kralı Əbdüləziz bin Salman öd kisəsindən iltihab səbəbindən müayinədən keçmək üçün Ər-Riyaddakı Kral Faysal Xəstəxanasına yerləşdirilib. Bu barədə rəsmi Saudi Press agentliyi Kral Sarayının bəyanatına istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda Səudiyyə Kralı həkimlərin nəzarəti altında tibbi müayinədən keçir və onun səhhəti barədə əlavə məlumat veriləcək.