Yazını böyüt
Yazını kiçilt
Cənubi Koreyanın paytaxtı Seulun meri Park Von-sun itkin düşüb.
Paytaxt polisi merin itkin düşməsi barədə məlumat aldıqdan sonra onun axtarışına başlayıb.
Bildirilir ki, Park Von-sunun qızı yerli vaxtla saat 17:17-də (Bakı vaxtı ilə 12:17) polisə zəng edərək, atasının 4-5 saat əvvəl evdən çıxdığını, o vaxtdan bəri telefonuna zəng çatmadığını bildirib. Mer evdən çıxarkən vəsiyyətə bənzər fikirlər söyləyib.
Hazırda paytaxt polisi səfərbər olaraq meri axtarır. Axtarış işlərinə xüsusi itlər və dronlar cəlb olunub.