“Şimal axını” partladılıb - İsveç polisi təsdiqlədi

19:09 06.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsveç polisi “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində baş verən sızmalarla bağlı araşdırmanın gedişi ilə bağlı hesabat dərc edib.

Hafta.az xəbər verir ki, oktyabrın 1-2-də İsveç Dövlət Təhlükəsizlik Xidmətinin (SEPO) istintaq qrupu Sahil Mühafizəsi və hərbçilərin iştirakı ilə Baltik dənizində qaz kəmərinin sızdığı ərazilərə baxış keçirib. Araşdırmanın nəticələrinə əsasən, qaz kəmərlərində partlayışların baş verdiyini əminliklə deyə bilərik. SEPO onu da qeyd edir ki, təxribat versiyası getdikcə daha çox təsdiqlənir.

Əlavə araşdırma üçün hadisə yerində maddi sübutlar toplanıb. İstintaq davam edir, xüsusən də SEPO baş verənlərə görə kiminsə ittiham oluna biləcəyini müəyyən etməli olacaq.

Sentyabrın 26-na keçən gecə Baltik dənizində Danimarkanın Bornholm adası yaxınlığında bu qaz kəmərlərinin üç yivində sızma baş verib. Aİ səlahiyyətliləri Şimal axınının qəsdən zədələndiyini bildirib. Hüquq-mühafizə orqanları bunun dalğıclardan və ya sualtı qayıqdan istifadə etməklə törədilən təxribat olduğunu ehtimal edir. “Şimal axını”nın bərpasının mümkün olub-olmayacağı hələlik məlum deyil.