Şirvanda dəhşətli qəza - 4 nəfər öldü

12:54 27.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvan şəhərində dəhşətli yol qəzası baş verib.

Hafta.az-ın məlumatına görə, Şirvan şəhər sakini Şamilov Qadir Cəfər oğlu idarə etdiyi 90 PT 031 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində 4 nəfər - 3 qadın və sürücü dünyasını dəyişib.