Rusiyanın Krasnodar diyarının Soçi şəhərindəki erməni diasporunun rəhbəri Kamo Ayrapetyan Azərbaycan Respublikasının Şuşa rayonunun müvəqqəti olaraq Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində qalan kəndlərindəki erməni ailələrinin hər birinə donuz hədiyyə edib.
Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni nəşrləri separatçı-terrorçu rejim tör-töküntüsü rəhbərinin diasporlarla iş üzrə müşaviri Svoboda Simonyana istinadla məlumat yayıb.
S.Simonyan bildirib ki, Soçidəki erməni icması bu addımı onun iyun ayında Rusiyadakı erməni diasporlarının nümayəndələriylə görüşündən sonra atıb.
Beləliklə, Rusiyadakı erməni xeyriyyəçilər hesabına Şuşanın Böyük Qaladərəsi, Kiçik Qaladərəsi və Salatınkənd kəndlərində sülənən erməni ailələrinin maddi durumlarını yaxşılaşdırmaq məqsədilə hər birinə iki donuz veriləcək. Ümumilikdə həmin kəndlərdəki 230 ailəyə donuz paylanması nəzərdə tutulub.