“Son illər pambıqçılığın inkişafı etdirilməsi ilə bağlı çox ciddi addımlar atılır” - Tahir Rzayev

17:39 20.12.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanda pambıqçılıq tarixən önəmli və ən gəlirli sahələrdən biri olub. Əgər tarixə nəzər salsaq, bu sahə Ulu Öndərin hakimiyyəti dövründə, yəni 1969-cu ildə inkişafa başladı və bu sürətli inkişaf 1981-ci ildə 1 milyondan çox məhsulun istehsal olunmasına gətirib çıxardı". Bunu hafta.az-a millət vəkili Tahir Rzayev deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə ölkə başçısı xatırlatdı ki, hərc-mərclik dövründə bu sahə tamamilə dağıdıldı və müəyyən pambıqçılığın inkişafı üçün lazım olan məntəqələrdə, zavodlarda və s. çox ciddi səhvlərə yol verildi: "Beləcə pambıqçılığa laqeyd münasibət yarandı. Əlbəttə ki, pambıqçılığın inkişaf etdirilməsi üçün yerlərdə mövcud inkişaf və şərait olmalı idi. Ancaq o dövrdə bu inkişaf və şərait olmadı. Çünki iqtisadiyyat inkişaf etdirilməmişdi və kənd təsərrüfatında geriləmələr var idi. Əgər su yox idisə, yol infrastrukturu lazımi qaydada deyildisə pambıqçılığı inkişaf etdirmək mümkün olmazdı. Cənab Prezident müşavirədə bir neçə il öncəki faktlara nəzər saldı ki, 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir və 35 min ton məhsul tədarük edilmişdir. Daha sonra ölkə başçısı bildirdi ki, bu sahəyə diqqət ayrılandan sonra bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Təbii ki, bu indiki dövrdə çox yüksək bir göstəricidir. Ulu Öndərin dövründə 1981-ci ildə 1 milyon ton pambıq istehsal olunmuşdu. Əlbəttə ki, hazırda da pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar çox ciddi tədbirlər həyata keçirilməkdədir və biz bunun müsbət nəticələrini görməkdəyik”.