Spirtli içkidən istifadə insanda yuxusuzluq problemi yaradır...

12:16 26.03.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Alkoqol nəinki yuxuya kömək etmir, əksinə, yuxunun keyfiyyətini pisləşdirir.

Hafta.az xarici mediaya istinadla xəbər verir ki, bu nəticəyə Finlandiyadan olan tədqiqatçılar 30 ildən çox davam edən araşdırmadan sonra gəliblər.

Tədqiqat göstərib ki,  alkoqoldan həm yüngül, həm də şiddətlisui-istifadə insanın yuxu keyfiyyətini pisləşdirir, bu da onu fizioloji və psixoloji pozğunluqlara qarşı daha həssas edir.

Tədqiqatda 1945-1957-ci illər arasında doğulmuş 14 minə yaxın əkiz  iştirak edib. Onları uzun müddət izləyiblər. İlk müayinə hələ 1975-ci ildə, sonra isə 1981, 1990 və 2011-ci illərdə keçirilib. Tədqiqat iştirakçıları yuxunun keyfiyyətini müəyyən miqyasla qiymətləndiriblər. Yuxu və alkoqol arasındakı əlaqəni öyrənmək üçün aylıq içki qəbulu nəzərə alınıb: könüllülər çox içənlərə, orta dərəcədə içənlərə, yüngül içki içənlərə və tam içməyənlərə bölünüb. Çox içən qadınlar həftədə 7 dəfədən, kişilər  isə 14 dəfədən çox alkoqol qəbul ediblər.

Tədqiqatın nəticələri göstərib ki, spirt istehlakı yuxu keyfiyyətinin azalmasına gətirib çıxarır. Uzunmüddətli yuxu problemlərindən əvvəl alkoqoldan orta və şiddətli  sui-istifadə halları olub.  Odur ki, spirt ümumiyyətlə, yuxugətirən vasitə deyil, əksinə, yuxuya tam əks təsir göstərir.