Stoltenberq Ukraynaya əlavə hərbi təchizat tələb edir

11:58 06.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya daha çox hərbi yardım göstərməyə çağırıb.

Hafta.az TASS-a istinadla xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin cümə axşamı Brüsseldə baş katibin Norveç Müəssisələr Konfederasiyasının Osloda keçirilən illik konfransında çıxışından sonra yaydığı bəyanatında deyilir.

“Silah əslində sülhə aparan yoldur”, Stoltenberqin mətbuat xidməti sitat gətirir.

Bundan əvvəl “The New York Times” Şimali Atlantika Alyansının nümayəndələrinə istinadən yazıb ki, NATO ölkələri Ukraynaya ümumilikdə 40 milyard dollarlıq silah ötürüb ki, bu da Fransanın illik hərbi büdcəsi ilə müqayisə oluna bilər.