Şübhəli bilinən 38 nəfər saxlanılıb

11:17 27.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 26-da ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.