Sumqayıtda avtobus YANDI

12:13 29.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində marşrut avtobusu yanır.

Hafta.az xəbər verir ki bu barədə görüntülər sosial mediada paylaşıb. Yanğın şəhər ərazisində fəaliyyət göstərən 2 saylı müntəzəm marşrut xəttinə aid "Isuzu" markalı avtobusda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğının söndürülməsi istiqamətində tədbirlər görülüb:

"FHN-in "112" qaynar xəttinə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Dərhal Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür".