Sumqayıtda beşmərtəbəli binanın 2-ci mərtəbəsində yanğın olub

23:10 26.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 25 m² olan bir otaqlı mənzilin mətbəxində 2 p.m mebel və 1 ədəd paltaryuyan maşın yanıb.

Yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə qarsalanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 59