Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

21:26 16.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən ictimai iaşə obyektlərinin və bankomatların ətrafında vətəndaşların, xüsusən təqaüd yaşına çatmış insanların kibermaarifləndirilməsi məqsədilə lövhələr quraşdırılıb. Bu lövhələrdə kiberdələduzluqla məşğul olan cinayətkar şəxslərin ən çox istifadə etdiyi üsullar barədə ətraflı məlumat yerləşdirilib.

Daxili İşlər Nazirliyindən hafta.az-a bildirilib ki, son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir. Daxili İşlər Nazirliyi bu hallara qarşı vətəndaşları diqqətli olmağa çağırır və kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələrini tövsiyə edir.

Oxunma sayı 43