Şuşada tarixi Realnı Məktəbdə əvvəllər riyaziyyat təmaüllü internat yerləşirdi – Keçmiş direktor

17:44 11.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

1981-ci ildən burada direktor fəaliyyətinə başlamışam. 1985-1991-ci illərdə “Realnı uçiliş”də direktor işləmişəm. Burada riyaziyyat təmaüllü internat yerləşirdi. 340 nəfər şagird, 120 işçisi olub. Ermənilərin işğal dövründə dağıtdığı o məktəbin yenidənbərpası istiqamətində işlərə başlanılıb və bu gün yenidən təməli qoyulub.

Bu fikirləri hafta.az-a Şuşada tarixi Realnı Məktəbin keçmiş direktoru Şükür Nəsibov deyib:

"Böyük fərəh hissi keçirirəm, Prezidentə sonsuz təşəkkürümü bildirirəm. Cənab Prezidentin Şuşaya hər səfəri şəhərə yeniliklər gətirir.  Şuşaya hər gələndə yeni təməlqoyma mərasimləri keçirir. Biz Prezidentin fəaliyyətini izləyirik, cənab Prezidentimizlə fəxr edirik. Prezidentimizi Allah qorusun, Allah Mehriban xanıma dəyməsin. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə cansağlığı versin, igid əsgərlərimizə qüvvət versin.  Biz onların sayəsində bu gün Şuşadayıq. Sağ olsunlar ki, bizim yuxumuzu çin etdilər. Bütün bunların hamısı cənab Prezidentimizin siyasi və iqtisadi xəttinin qazandığı qələbəsinin nəticəsidir. Bu gün Şuşanın dağıdılmış vəziyyətini gördükcə ürəkağrısı keçiririk. Amma torpaqların qayıdışı fərəh gətirir. Biz indi burada ayağımızı yerə bərk vururuq. Bilirik ki, bu torpağı bir daha heç kimə verən deyilik. Prezident Şuşa səfərində çıxışında ermənilərə lazımi mesajlarını verdi. Dünya mediasının bizə qarşı olan təxribatçı suallarına yerli-yerində cavabını verir. Prezidentin bütün çıxışlarını izləyir və onunla fəxr edirik. O, həmişə nəyi necə etməyin yolunu özü yaxşı bilir. Dediyi sözü də yerinə yetirir”.