Təcili yardım maşını qəzaya uğradı

12:00 30.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlıda təcili yardım maşını qəzaya uğrayıb.

 

Hafta.az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Saatlı şəhərində baş verib. 

 

Hadisə şahidlərinin bildirdiyinə görə, çağırışa gedən təcili yardım maşını “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.