Təhlükəli asteroid Yerə yaxınlaşır

11:52 01.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2022 JE1 asteroidinin iyulun 3-ü bazar günü Yer kürəsinin yanından keçəcəyini açıqlayıb.

 

Hafta.az-ın xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

 

NASA-nın məlumatına görə, kosmik daşın diametri 50 ilə 155 metr arasındadır.

 

NASA 2022 JE1 asteroidini "potensial təhlükəli" adlandırıb və bu bazar günü Yerə ən yaxın yaxınlaşmasını 3,29 milyon km məsafədə həyata keçirəcək ki, bu da Yerlə Ay arasındakı məsafədən demək olar ki, 9 dəfə çoxdur.

 

Onun Yerə növbəti gözlənilən yaxınlaşması beş ildən sonra, 2027-ci il iyulun 14-də baş tutacaq.

Oxunma sayı 206