Tələbə yaşadığı evdə ölü TAPILIB

11:00 16.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astarada kollec tələbəsinin meyiti tapılıb.

Hafta.az Apa-ya istinadən məlumat verir ki, hadisə rayonun Təngərüd kəndində baş verib. Kənd sakini 2007-ci il təvəllüdlü Məhəmmədəli Şamil oğlu Qəmxarovun meyiti yaşadığı evdə aşkarlanıb.

Qeyd edək ki, 17 yaşlı gəncin intihar etdiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.