Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb - VİDEO

09:17 15.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əməliyyat-taktiki təlimlərin rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun təlimlərə cəlb edilən şəxsi heyəti və xüsusi texnikası təlim bölgəsinə yola düşüb.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, yerdən və havadan müşayiət ediləcək kolonların hərəkət marşrutlarında komendant xidməti təşkil olunub.

Təlimlər martın 18-dək davam edəcək.