Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi təsdiqləndi - FƏRMAN

16:39 01.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsinin təsdiqlənməsi haqqında fərman imzalayıb.

Hafta.az xəbər verir ki, fərmanda deyilir:

1. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi:

3.1. strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün

Siyasət rubrikasından digər xəbərlər