Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Ağdamın Şahbulaq qalası ilə bağlı paylaşım edib.
Hafta.az xəbər verir ki, Hikmət Hacıyev bu sözləri yazıb:
“Şahbulaq. Ağdam. Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonuna səfər ediblər. Media orqanı və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları səfərdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri müşayiət edib.