- Hollivudun məşhur ulduzu Tom Kruzun yeni layihəsi bəlli olub. “Mission: Impossible” və “Top Gun” kimi rekord qıran aksiyon seriallarının ulduzunun Duq Limanın inkişaf mərhələsində olan fövqəltəbii triller “Deeper”də rol alacağı açıqlanıb.
Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, “Jumper”, “Fair Game” və “Road House” kimi filmləri ilə tanınan 59 yaşlı Liman bu xəbəri Nyu Yorkda “Gaucho Gaucho” sənədli filminin son nümayişində Showbiz411-dən Roger Fridmanla paylaşıb. Karyerasının bu mərhələsində “qorxulu” film çəkməklə maraqlandığını ifadə edən amerikalı rejissor “Daha əvvəl bunu etməmişəm” deyib və əlavə edib: “Deadline” ilə danışan mənbələr filmin Warner Bros Studios-da hazırlandığını təsdiqləyiblər”.
“Deeper”, heç vaxt araşdırılmamış çuxurun dərinliyinə dalma zamanı dəhşətli qüvvə ilə qarşılaşan astronavt haqqındadır. Təxminən 10 ilə yaxındır inkişaf mərhələsində olan layihə ilk dəfə 2016-cı ilin aprelində elan edilib. Əvvəlcə layihənin baş rolda “The Hangover” serialının ulduzu Bradley Kuper olacağı və Kornel Mundruczonun rejissorluq edəcəyi açıqlanıb. Daha sonra filmlə İdris Elba və rejissor Baltasar Kormakurun adları çəkilməyə başlayıb, lakin layihə bu şəkildə irəliləyə bilməyib.
Liman və Kruz əvvəllər 2017-ci ildə çəkilmiş "Barry Seal: Smuggler" və 2014-cü ildə Emili Bluntun da rol aldığı "Edge of Tomorrow" elmi-fantastik filmlərində birlikdə çalışıblar.
“Deadline”a görə, ikili hazırda SpaceX ilə birgə kosmosda çəkiləcək NASA filmi üzərində işləyir.