Tovuzda yanğın hadisəsi baş verib

08:05 26.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayonunun Abulbəyli kəndində yanğın qeydə alınıb.

Hafta.az xəbər verir ki, kənd sakini M.Məmmədovaya məxsus 185 m² sahəsi olan evdə yanğın baş verib. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın zamanı 185 m² olan evin 125 m² hissəsi əşyaları ilə birlikdə tamamilə yanıb.

Yaxınlıqda olan evlər yağından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.