Tovuzda zəncirvari qəza, xəsarət alanlar var 

10:15 25.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2106 ilə "Kia" markalı minik avtomobili toqquşub. Daha sonra VAZ-2106 yol kənarında dayanan VAZ-21011-ə, daha sonra avtomobil təmiri emalatxanasına çırpılıb. Nəticədə bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.