Toylarla bağlı yeni qaydalar

13:54 28.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilib.

Hafta.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, toy məclislərinin COVID-19 pasportu olmadan 50 nəfərin iştirakı ilə keçirilməsi qadağan olunub.

Belə ki, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır.

Qeyd edək ki, bundan öncə COVID-19 pasportu olmadan 50 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilirdi.