Tramp: "Yaxın Şərqdə sülh çox yaxındır"

08:28 09.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Yaxın Şərqdə sülh çox yaxındır".

Hafta.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, danışıqlar aparan çox yaxşı komanda var:

“Mən ola bilər ki, həftənin sonunda, bəlkə də bazar günü Yaxın Şərqə gedə bilərəm. Danışıqların çox yaxşı getməsi üçün gözəl şans yaranıb”.

Tramp deyib ki, çox sayda dünya ölkələri danışıqlara qoşulub və əvvəllər belə şey olmayıb.