Tramp İranla əməkdaşlıq edən ölkələrə 25 faiz vergi tətbiq edəcək

08:26 13.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ İranla işgüzar münasibətlər quran istənilən ölkənin Amerika Birləşmiş Ştatları ilə apardığı bütün ticarət əməliyyatları üzrə 25 faiz vergi ödəyəcəyini açıqlayıb.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında paylaşım edib.

O bildirib ki, müvafiq qərar dərhal qüvvəyə minəcək.