“Türk şəhidliyi” abidəsi ziyarət edilib

13:55 29.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Baxçı “twiter”də yazıb.

“Cümhuriyyətimizin elan edilməsinin 99-cu ildönümü münasibətilə Türkiyə və Azərbaycan şəhidliklərində səfirliyimizin, hərbi attaşemizin, əlaqədar və tabe qurumların, iş adamlarının, tələbələrin, müəllimlərin və valideynlərin iştirakı ilə mərasim keçirilib”, - deyə paylaşımda qeyd olunub.

Siyasət rubrikasından digər xəbərlər