Türkiyə Azərbaycanla birlikdə TANAP-ın ötürmə qabiliyyətini artırmaq üçün işə başlayıb

22:20 10.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Azərbaycanla birlikdə TANAP-ın ötürmə qabiliyyətini 32 milyard kubmetrə çatdırmaq üçün işə başlayıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verilən açıqlamasında deyib.

"Biz Azərbaycanla birlikdə TANAP-ın ötürmə qabiliyyətini 32 milyard kubmetrə çatdırmaq üçün işə başlamışıq. Liviya ilə karbohidrogen sazişi bu ölkənin kontinental sahəsində neft və törəmələrin hasilatı sahəsində yeni əməkdaşlıq sahəsi yaradəb", - deyə Türkiyə prezidenti bildirib.