Türkiyə Ermənistanla növbəti danışıqları təxirə saldı - BU SƏBƏBƏ GÖRƏ

17:33 29.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 14-də Türkiyə və Ermənistan nümayəndələri arasında əvvəllər əldə edilmiş siyasi razılaşmaların icrasını müzakirə etmək üçün sərhəddə keçirilməsi nəzərdə tutulan görüş təxitə salınmışdı.

Hafta.az erməni mətbuatına istinadla bildirir ki, görüşün təxirə salınması səbəblərini öüsusi nümayəndə Ruben Rubinyan açıqlayıb.

Onun sözlərinə görə, iyulun 14-də keçirilən sonuncu belə görüşdə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması və yüklərin birbaşa hava yolu ilə daşınmasının mümkünlüyü barədə razılaşma müzakirə olunub.

“Sentyabrın 14-də sərhəddə iki ölkənin müvafiq departamentlərinin nümayəndələri arasında bu iki siyasi razılaşmanın icrasını müzakirə etmək üçün görüş keçirilməli idi”, - Rubinyan bildirib.

O vurğulayıb ki, görüş Türkiyə tərəfinin tələbi ilə həmin vaxt Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalara görə təxirə salınıb.

Onun sözlərinə görə, görüşün yeni tarixi hələlik məlum deyil.

Rubinyan qeyd olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb: “Bu, həyata keçirilməlidir, çünki siyasi razılaşma və siyasi məsuliyyət var”.

Oxunma sayı 1607
Gündəm rubrikasından digər xəbərlər