Yazını böyüt
Yazını kiçilt
Türkiyə Silahlı Qüvvələrinin zabiti Hakkari bölgəsində şəhid olub.
Hafta,az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hakkarinin Şəmdinli rayonunda qaçaqmalçılara qarşı keçirilən əməliyyat zamanı çaya düşən leytenant Halis Keskin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Milli Müdafiə Nazirliyi şəhidin ailəsinə başsağlığı verib.