Yazını böyüt
Yazını kiçilt
İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub.
Hafta.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.
Millətinə başsağlığı verən vali ağır yaralanan hərbçilərdən bir neçə nəfərinin dünyasını dəyişərək şəhid olduğunu vurğulayıb.
***
İdlibdə Suriya qoşunların aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin doqquz əsgəri şəhid olub.
Hafta.az-ın məlumatına görə, bu barədə Hatay valisi Rahmi Doğan deyib.
"Hücum nəticəsində 9 əsgərimiz şəhid olub. Yaralılarımız var, bəzilərinin vəziyyəti ağırdır. Onları Cilvegözü sərhəd məntəqəsindən Türkiyəyə gətirdik. Müalicələri davam edir", - deyə R.Doğan bildirib.