Türkiyə İsrailə məhsul ixracını dayandırdı

10:05 09.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Ticarət Nazirliyi bu gündən (09.04.2024) İsrailə qarşı bəzi ixrac məhdudiyyətlərinin tətbiq edildiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, açıqlamada İsrailin oktyabrın 7-dən Qəzzaya qarşı hücumlar təşkil etdiyi xatırladılıb. Bu məsələ ilə bağlı İsrailin BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, BMT İnsan Haqları Şurası və Beynəlxalq Ədalət Məhkəməsinin heç bir qərarına əməl etmədiyi və qəbul edilən qərarlara məhəl qoymadığı xatırladılıb.

Hərbi məqsədlər üçün istifadə oluna bilən silah və məhsulların ixracının çoxdan dayandırıldığını vurğulayan Ticarət Nazirliyi bu gündən qüvvəyə minəcək 54 məhsuldan ibarət yeni sanksiya siyahısını da dərc edib.

İsrailə ixrac məhdudiyyəti Qəzzada atəşkəs əldə olunana və İsrail Qəzzaya kifayət qədər humanitar yardımın daxil olmasına icazə verənə qədər davam edəcək.

Siyasət rubrikasından digər xəbərlər