Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Rusiyadan buğdadan başqa taxıl alışını artırdığı bildirilir.
Hafta.az-ın RİA-ya istinadən yazdığına görə, may ayında Türkiyə Rusiyadan darı alışını üç, qarğıdalı alışını isə iki dəfə artırıb.
Agentlik yazır ki, Türkiyə yerli istehsalçıları qorumaq üçün iyunun 21-dən oktyabrın 15-dək buğda idxalını dayandırmağa qərar verib.
Türkiyənin may ayında Rusiyadan aldığı taxılın miqdarı 843 min ton olaraq açıqlanıb. Bu həcmin 569 min tonu buğdadır.