Türkiyə Rusiyadan növbəti “S-400” alır

15:10 23.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Rusiyadan ikinci partiya “S-400” Zenit Raket Kompleksləri alacaq.

Hafta.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə müvafiq müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Türkiyə Rusiyadan növbəti “S-400” alayı alacaq.

“Rosoboroneksport”un Baş direktoru Aleksandr Mixyeyev hazırda satınalma ilə bağlı maliyyələşmə məsələsinin müzakirə edildiyini bildirib.