Türkiyədə bu gün koronavirusdan 16 nəfər öldü

23:20 19.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 16 nəfər ölüb.

Hafta.z-ın  xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

 

Nazir bildirib ki, son 24 saatda 41 310 şübhəli koronavirus testindən keçib, onlardan 924-nin cavabı pozitiv çıxıb. Bu gün daha 997 xəstə sağalıb.