Türkiyədə 123 vəzifəli şəxs tutuldu

10:00 23.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Hafta.az xəbər verir ki, Türkiyənin İzmir Baş Prokurorluğu tərəfindən keçirilən əməliyyatlarda 184 hərbiçinin saxlanılmasına qərar verilib. Onlardan 123-ü hazırda TSK-da fəaliyyətdə olan hərbiçilərdir.

Əməliyyatlar Türkiyənin 53 vilayətində paralel keçirilir.

 

Gecə saatlatında başladılan əməliyyatlarda şübhəlilərdən əksəriyyəti artıq nəzarətə götürülüb.