Türkiyədə daha 59 nəfər koronavirusun qurbanı olub

21:00 05.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son 24 saat ərzində daha 59 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Hafta.az-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 520 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 832 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 129 491 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə sağalanların ümumi sayı 73 285 nəfər təşkil edir.