Türkiyədə koronavirusdan ölənlərin sayı 574 nəfərə çatıb

22:47 05.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə COVİD-19 virusu gün ərazində daha 73 nəfərin həyatına son qoyub. Bununla da ölkədə bu virus səbəbindən dünyasını dəyişənlərin sayı 574 nəfərə çatıb. Aprelin 5-də ölkə üzrə 20 min 65 nəfər üzərində xüsusi tibbi yoxlama aparılıb.

Hafta.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, aprelin 5-də testdən keçirilənlərdən 3135 nəfərdə infeksiya aşkarlanıb. Ölkə üzrə testdən keçirilənlərin sayı 181 min 445 nəfərə çatıb. Onlardan 27 min 69 nəfər müalicəyə cəlb olunub, 1381 nəfər reanimasiyadadır. İndiyədək 1042 nəfərin müalicəsi müsbət nəticə verib. Aprelin 5-də daha 256 nəfər tam sağalaraq xəstəxanaları tərk edib.

Oxunma sayı 217