Türkiyədə yanğınlar hələ də davam edir

11:31 31.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Artıq dörd gündür qardaş Türkiyədə meşə yanğınları davam edir.

Hazırda ölkənin beş vilayətinin on fərqli nöqtəsində yanğınlar hələ də davam edir, 88-i isə artıq söndürülüb. Alovlarla mübarizəyə ümumilikdə üç təyyarə, doqquz insansız hava vasitəsi (İHA), bir insansız helikopter, 1 yanğınsöndürmə tankı, 38 helikopter, 680 yanğınsöndürmə maşını, 55 xüsusi maşın və 4000-dən artıq canlı qüvvə cəlb olunub.

Yanğınlarla mübarizədə qardaş Türkiyəyə ölkəmizlə yanaşı, Rusiya və Ukraynadan da kömək göndərilib.

Bu gündən etibarən zərərçəkən bölgələrə yardımların göndərilməsi nəzərdə tutulur. Yanğınlar nəticəsində çox sayda ev, iş yeri, əkin və meşəlik ərazi yararsız hala düşüb, heyvanlar tələf olub.

Oxunma sayı 499