Türkiyədə zəlzələ baş verib

10:42 22.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Qars vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

Hafta.az-ın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 22:17-də qeydə alınıb. Zəlzələnin episentri Kağizman rayonunda olub.

Zəlzələnin ocağı 6,5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və insan tələfatı barədə məlumat verilməyib.