Türkiyədən Azərbaycana məşğulluq məqsədilə gələnlərin sayı artıb

11:41 16.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.

Hafta.az xəbər verir ki, bu barədə trend-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 11 dəfə artıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 110 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 5 134 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 53,9 faiz azdır.