Türkiyəli deputatlar Qubaya səfər edəcək

11:28 13.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün türkiyəli deputatlar Qubaya səfər edəcək.

 

Bu barədə hafta.az-a Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım məlumat verib.

 

“Bu gün Quba Soyqırımı Memorial Kompleksinə ziyarətimiz olacaq. Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılığı ilə bir neçə azərbaycanlı deputat bizə qoşulacaq. Biz də Türkiyədən altı nəfərlik deputat qrupu ilə gəlmişik. Qubaya səfərdən sonra Türkiyəyə geri dönəcəyik”,- deyə Şamil Ayrım bildirib.