Tutuquşu sahibinin 21 BRİLYANTINI YEDİ

21:59 24.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Banqkokda tutuquşu sahibinin boyunbağısının 21 brilyantını yeyib. Hafta.az xəbər verir ki, bu barədə Metro nəşri məlumat yayıb.

Belə ki, Frosti ləqəbli 8 aylıq tutuquşu sahibinin zinət əşyalarının saxlandığı mücrüyə girib. Daşların parlaqlığı quşu cəlb edib. Bu səbəbdən Frosti onları yemək qərarına gəlib.

Günorta saatlarında quşun halı pisləşib və o yemək yeməkdən imtina edib. Frostini baytara apararaq rentgent ediblər. Quşun qarnında kiçik daşlar aşkarlayan həkimlər onu təcili əməliyyat ediblər.

Çıxarılan brilyantları həkimlər sahibinə qaytarıblar. Hər bilyantın çəkisi 0,2 karat olub.