Üç rayonda narkotik ƏMƏLİYYATI

13:52 02.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtda və rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərə qarşı əməliyyatlar keçirilib.

Hafta.az DİN-ə istinadla xəbər verir ki, Cəlilabad, Yevlax və Xəzər rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlarda 62 yaşlı M.Mirzəyev, 44 yaşlı R.Müsatayev və həmyaşıdı E.Aslanov saxlanılıblar.

Onlardan 4 kiloqramdan artıq narkotik vasitə olan marixuana və 2 kiloqramdan artıq psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.